Putinin raketi asanlıqla İspaniyaya çata bilər – Robles

Putinin raketi asanlıqla İspaniyaya çata bilər – Robles

İspaniyanın müdafiə naziri Marqarita Robles Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə hədələməsinə görə ölkə əhalisinə müraciət edib.

AzerTimes xəbər verir ki, o, bu barədə “La Vanguardia” qəzetinə müsahibəsində deyib.

“Bu gün Rusiyadan bir ballistik raket asanlıqla İspaniyaya çata bilər. İspaniya cəmiyyətinə çağırış etmək istərdim, çünki bəzən məndə elə təəssürat yaranır ki, hazırda mövcud olan böyük təhlükədən xəbərsizik.

Həm də təkcə Ukraynada deyil, Qəzza və Saheldə də vəziyyətə çox pessimist baxıram”, – o bildirib.

Qeyd edək ki, V.Putin Rusiyanın hərbi-texniki baxımdan mümkün nüvə savaşı ssenarisinə hazır olduğunu açıqlamışdı.

Teqlər: