Putinin Pyotrun “can atdığını” həyata keçirməsi… – ABŞ

Putinin Pyotrun “can atdığını” həyata keçirməsi… – ABŞ

Rusiya Prezidenti Vladimir Putin xalqını Ukraynada uzun sürəcək işğalçı müharibəyə hazırlayır. O, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası ilə görüşü zamanı deyib ki, “xüsusi əməliyyat” uzun proses ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Bu görüşdə Putin özünü rus çarı Böyük Pyotrla müqayisə edib və Rusiyanın hazırda çarın mübarizə apardığı Azov dənizinə nəzarət etdiyini bəyan edib. Rusiya imperiya tarixinə bu istinad Putinin Ukraynadakı hazırkı məqsədlərini açıq şəkildə imperialist olduğunu göstərir. O, Rusiyanın daxili auditoriyasını Ukraynada yeni əraziləri zəbt etmək məqsədi daşıyan uzun sürən müharibəyə hazırlayır. Görünür, Putin hücum əməliyyatlarını qısa müddətə dayandırmaqla daxili auditoriyanın impulsunu itirmək təhlükəsi ilə üzləşmək istəmir”, – məlumatda deyilib.

Teqlər: