Putinin köməkçisi və “Zvezda” qara siyahıya salındı

Putinin köməkçisi və “Zvezda” qara siyahıya salındı

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.

AzerTimes xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Rusiyanın “Zvezda” telekanalı sanksiya siyahısına daxil edilib.

Sanksiya siyahısına bir sıra rusiyalı jurnalistlər də salınıb.

Ümumilikdə yeni sanksiyalar siyahısına 34 fiziki və bir hüquqi şəxs daxil edilib.

Teqlər: