Putinin keçmiş xanımı əmlakını təcili satışa çıxardı

Putinin keçmiş xanımı əmlakını təcili satışa çıxardı

Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Putina AB sanksiyalarından yayınmaq üçün təcili olaraq İspaniyadakı daşınmaz əmlakını satışa çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Məlumata görə, Lüdmila Oçeretnaya (keçmiş Putina – red.) İspaniyanın cənubundakı Marbella şəhərindəki Lomas del Rey yaşayış kompleksində iki mənzilə sahibdir. 2,2 milyon avro dəyərində olan mənzilləri rəsmi olaraq Lüdmilanın indiki əri Artur Oçeretnı alıb. Amma media Arturun bu alış üçün Lüdmilanın pulundan istifadə etdiyini irəli sürüb.

Teqlər: