Putinin Əliyevə zənginin Şuşa yolundakı aksiyanın dayandırılması məqsədi daşıdığı ehtimalı yox deyil. Lakin Bakı geri çəkilməyib, hadisələrin inkişafı bu versiyanı gücləndirir:
– Sülhməramlılar modul tipli yataqxanalar quraşdırır;
– Xankəndidəki ermənilər azərbaycanlıların çadır qurduğu əraziyə gətirilir.
Mümkündür ki, Əliyev Putinə haqlı tələblərin yerinə yetirilməsinin alternativi olmadığını deyib. Və indi kartlarını daha açıq oynayacaqlar. Bu kontekstdə rusların nələr edə biləcəyi maraqlıdır:
a) Prosesi bir neçə gün uzatmaqla aksiyanın dağıla biləcəyi imkanını dəyərləndiriləcəklər: rus hərbçilərin özlərinə “yataq” düzəltməsi də qarşıdakı günlərdə tələblərin qəbul olunacağı gözləntisini azaldır;
b) “Mülki erməniləri” azərbaycanlıların üzərinə göndərəcəklər və bununla aksiyaya adekvat addım atacaqlar;
c) Yolun bağlı qalması və Qarabağdakı “mülki əhalinin” əziyyət çəkməsi iddiasını İrəvan üzərindən beynəlxalq ictimaiyyətin gündəliyinə daşımağa, Bakıya əlavə təzyiqlərin edilməsinə nail olmağa çalışacaqlar.
Hərçənd, bu gedişlərin Bakının mövqeyinə təsir edəcəyi ehtimalı böyük deyil.