Putinin Çeçenistandan aldığı səs şok edir

Putinin Çeçenistandan aldığı səs şok edir

Rusiyanın hazırkı Prezidenti Vladimir Putin prezident seçkilərində Çeçenistandan 99,28% səs toplayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, bu, Çeçenistandakı seçki məntəqələrinin 2,69%-nin nəticələrindən sonra əldə edilib. Bülletenlərin sayılması davam edir.

Çeçenistan seçici fəallığına görə də rekorda imza atıb. Respublikada seçici fəallığı saat 18:00-a əsasən 96,46% təşkil edib.

Seçki məntəqələri 20:00-da bağlanıb.

Qeyd edək ki, 15 martda başlayan seçkilər bu gün başa çatıb. Bülletenlərin 30%-i sayılıb. Hazırkı nəticəyə görə Putin 87,68% səslə liderdir.

Teqlər: