Putinin alman dostu Moskvadadır

Putinin alman dostu Moskvadadır

Almaniyanın sabiq kansleri Herhard Şröder Moskvaya səfərə yollanıb.

AzerTimes xəbər verir ki, Şröder bunu NTV portalının müxbiri Dirk Emmerixə açıqlamasında deyib.

“Bir neçə günlük burada məzuniyyətdəyəm. Moskva gözəl şəhərdir”, – Şröder bildirib.

Keçmiş kanslerin Rusiya Prezidenti Vladimir Putinlə yaxın dostluq münasibətləri mövcuddur. Şröder may ayında Rusiyanın “Rosneft” dövlət şirkətinin Direktorlar Şurasının rəhbəri vəzifəsini tərk etmişdi.

Teqlər: