Putini niyə qırıcılar müşayiət edir? – Video

Putini niyə qırıcılar müşayiət edir? – Video

Kreml sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Yaxın Şərqə səfəri zamanı onun təyyarəsini qırıcıların müşayiət etməsinə aydınlıq gətirib.

AzerTimes xəbər verir ki, Peskov regionun qeyri-stabil olduğunu bildirib.

“Region təlatümlüdür. Əgər BƏƏ və Səudiyyə Ərəbistanı təhlükəsiz ölkələrdirsə, o zaman ətraf, ona bitişik region təhlükələr və gözlənilməzliklərlə doludur. Buna görə də Rusiya rəhbərinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb”, – Dmitri Peskov bildirib.

O, Rusiya liderinin təyyarəsini təmin edən qırıcılara şərait yaratdığı üçün tərəfdaş ölkələrə təşəkkür edib.

Qeyd edək ki, Rusiya lideri BƏƏ və Səudiyyə Ərəbistanına səfər edib. Onun təyyarəsini Su-35-lər müşayiət edib.

Teqlər: