Putini bu addımı atmağa vadar edən ABŞ-dır

Putini bu addımı atmağa vadar edən ABŞ-dır

ABŞ rəhbərliyi Rusiya Prezidenti Vladimir Putini Ukraynanı işğal etməyə az qala məcbur etdi.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp “Real America’s Voice”a müsahibəsində deyib.

Trampın sözlərinə görə, ABŞ-ın müharibədən əvvəlki ritorikası Putinin bu qərarına “töhfə” verdi:

“Bizim ölkə və bizim hakimiyyət Putinə sözün həqiqi mənasında sataşdı. Onlar az qala Putini buna məcbur etdilər. Bu, olduqca axmaq ritorika idi”.

Tramp bir daha təkrarlayıb ki, əgər o, prezident olsaydı, Ukraynanın işğalı baş verməyəcəkdi.

Teqlər: