Putinə qarşı diqqətli olmalıyıq – Smit

Putinə qarşı diqqətli olmalıyıq – Smit

ABŞ və NATO müttəfiqləri istənilən fövqəladə vəziyyətə hazır olmalıdır.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi bir çox NATO ölkələrini təəccübləndirib:

“Çünki Putinin hərəkətləri istənilən siyasi, iqtisadi və ya hərbi məntiqə ziddir. Rusiyanın müasir rəhbərliyinə Qərb təfəkkür tərzini proyeksiya etmək artıq mümkün deyil. İnanıram ki, ruslar strateji məqsədlərinə nail ola bilməyiblər. Lakin biz onu da qəbul edirik ki, Putin heç də həmişə öz strateji məqsədlərini və niyyətlərini imkanlarla uzlaşdırmır. Biz onun göstərdiyi istənilən rasional mülahizələrə qarşı diqqətli olmalıyıq”.

Teqlər: