Bilirsiniz, biz dövlətlərarası əlaqələr qurmuşuq.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinə etibar edib-etmədiyi barədə suala cavab verərkən deyib.
“Ermənistanla Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələr çərçivəsindəyik”, – Paşinyan bildirib.
“Siz hazırda Vladimir Putinlə əlaqə saxlayırsınızmı?” sualına Paşinyan belə cavab verib:
“Bəli, sonuncu dəfə dekabrda danışmışam”.
Qeyd edək ki, Paşinyan Putinə inanıb-inanmadığı sualına konkret cavab verməsə də, Azərbaycan lideri ilə arasında qarşılıqlı inamsızlıq olduğunu etiraf etmişdi.