“Fənərbağça” “Qarabağ”ın bu futbolçusu ilə maraqlanır

“Fənərbağça” “Qarabağ”ın bu futbolçusu ilə maraqlanır

Türkiyənin “Fənərbağça” klubunun skautları “Qarabağ”ın futbolçusu Olavio Juninyo üçün Bakıya gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” nəşri məlumat yayıb.

Bildirilib ki, Türkiyə təmsilçisinin rəsmiləri “Qarabağ”ın “Braqa” ilə Bakıda keçirdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləyiblər.

“Fənərbağça”nın 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında “Qarabağ”a keçib.

Teqlər: