Putindən etiraf: Vəziyyət çox ağırdır!

Putindən etiraf: Vəziyyət çox ağırdır!

Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində vəziyyət olduqca ağırdır, Rusiya təhlükəsizlik orqanları “yeni region”larda təhlükəsizliyin təminatı, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün maksimum dərəcədə hər şeyi etməlidirlər.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiyanın yeni bölgələrində fəaliyyətə başlayan təhlükəsizlik orqanlarının bölmələrini xüsusilə qeyd etmək istərdim. Bəli, indi sizin üçün çətindir, Donetsk və Luqansk “xalq respublikaları”nda, Xerson və Zaporojye vilayətlərində vəziyyət son dərəcə çətindir. Amma orada yaşayan insanlar sizə, sizin müdafiənizə ümid edir”, – deyə Putin bildirib.

Teqlər: