Putindən Bakı və İrəvana çağırış: Sülhə aparan yeganə yol…

Putindən Bakı və İrəvana çağırış: Sülhə aparan yeganə yol…

Bakı və İrəvanın razılaşmaları ardıcıl şəkildə yerinə yetirməsi sayəsində davamlı sülhə nail olmaq mümkündür.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT liderlərinin sammitindəki çıxışında deyib.

“Şübhəsiz ki, sülhə aparan yeganə mümkün və real yol Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına tərəflərin ciddi əməl etməsindən keçir. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı razılaşmaların ardıcıl icrası ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail olmaq mümkündür.

Ermənistan-Azərbaycan nizamlanmasına gəlincə, bu gün biz Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik”, – Putin bildirib.

Teqlər: