Putin xəstədir? – İngilis generaldan unikal cavab

Putin xəstədir? – İngilis generaldan unikal cavab

Rusiya lideri Vladimir Putinin ölümcül xəstəliyi haqda şayiələr yalnız xoş xəyallardır.

AzerTimes xəbər verir ki, bu sözləri Britaniya ordusunun komandanı Entoni Radakin deyib.

“Putinin vəziyyətinin pis olduğu və yaxud kiminsə ona sui-qəsd edəcəyi, vəzifədən kənarlaşdıracağı və s. iddialar, düşünürəm, xəyalpərəst fikirlərdir”, – o vurğulayıb.

O bildirib ki, Rusiyada ierarxiya dəqiq qurulub, Putinin ətrafının isə onu vəzifədən uzaqlaşdırmaq üçün heç bir motivasiyası yoxdur:

“Biz, peşəkar hərbçilər kimi, Rusiyada sabit rejim görürük; biz istənilən müxalifəti əzməyə qadir olan Prezident Putini görürük və biz Putinə yatırım edən bir ierarxiya görürük. Ona görə də yüksəkvəzifəlilərin Putinə zidd getməsi gözlənilmir”.

Radakinin fikrincə, Rusiya təhdidi illərlə, bəlkə də onillərlə davam edəcək:

“Hərgah Ukraynadakı ciddi itkilərdən dolayı Rusiyanın quru qoşunları artıq ciddi təhlükə deyil, ancaq Kremlin nüvə arsenalı, kiberordusu və kosmosdakı imkanları qalır”.

Teqlər: