Ağstafada qatar qadını vurub öldürdü

Ağstafada qatar qadını vurub öldürdü

Ağstafa rayonunda qatar yerli sakini vuraraq öldürüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əli qızı Əliyeva mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar onu vurub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: