Putin Xersona səfərinin məqsədini açıqladı

Putin Xersona səfərinin məqsədini açıqladı

Rusiya Prezidenti Vladimir Putin ötən gün Luqansk və Xersona səfər etməsinin səbəbini açıqlayıb.

AzerTimes xəbər verir ki, Putin Ukrayna torpaqlarına səfərində əsas məqsədin Rusiya hərbçiləri ilə görüşmək, onları uzun müddət dislokasiya yerindən yayındırmamaq olduğunu bildirib.

“Yəqin ki, bilirsiniz ki, sözün əsl mənasında bir gün əvvəl həm Xerson, həm də Luqansk vilayətinə səfər etmişəm. Orada çoxlu suallar var, mən onlara qayıtmayacağam…”, – Putin vurğulayıb.

Bundan əlavə, Putin Rusiyanın nəzarət-buraxılış məntəqəsinə malların çatdırılmasında problemlərin olduğunu da deyib.

Teqlər: