Putin xarici ölkələrə hərbi əməkdaşlıq təklif etdi

Putin xarici ölkələrə hərbi əməkdaşlıq təklif etdi

Rusiya digər ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirməyi, o cümlədən birgə hərbi təlimlərin keçirilməsini təklif edir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Ordu-2023” beynəlxalq hərbi-texniki forumunda deyib.

“Biz müxtəlif istiqamətlərdə, o cümlədən kadr hazırlığı, Xarici Hərbi qulluqçuların təlim-tərbiyəsi və ixtisaslarının artırılması, birgə komanda-qərargah və digər təlimlərin keçirilməsində əməkdaşlığın inkişaf etdirilməsini təklif edirik. Ümid edirik ki, əvvəlki kimi forum çərçivəsində mühüm sazişlər və ixrac müqavilələri imzalanacaq”, – Putin bildirib.

Teqlər: