Putin və Zelenski Türkiyəyə gedir – KİV

Putin və Zelenski Türkiyəyə gedir – KİV

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin və Vladimir Zelenski ona baş çəkməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, andiçmə mərasimində iştirak etmək üçün çoxlu sayda xarici lider Türkiyəyə gələcək. Öz növbəsində Putin Ankaraya ayrıca səfər edəcək, bundan sonra Zelenskinin də Türkiyəyə gələcəyi gözlənilir.

Qeyd olunur ki, Rusiya və Ukrayna prezidentlərinin səfəri zamanı müharibənin gedişi və taxıl müqaviləsi müzakirə olunacaq.

Teqlər: