Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri
Nikol Paşinyan bu gün Azərbaycanla üçtərəfli formatda qarşılıqlı
fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə V.Putin və N.Paşinyanın
ikitərəfli görüşdən sonra birgə bəyanatında deyilir.

“Tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə
regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə
Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli qarşılıqlı
fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər”, – deyə
bəyanatda bildirilir.

Teqlər: