Putin və Makron arasındakı görüş 5 saat davam edib

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında görüş danışıqlar 5 saatdan bir qədər çox davam edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, liderlər Kremlin birinci korpusunun nümayəndəlik kabinetində təkbətək söhbətə başlayıblar, sonra iş naharında davam ediblər.

Qeyd edək ki, mətbuat konfransı Kremlin birinci korpusunun Yekaterina zalında keçiriləcək.