Ötən gün Moskvada keçirilən danışıqların davamı olaraq Rusiya
prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennetlə
telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti
yayıb.
Qeyd olunur ki, danışıq zamanı Ukraynadakı vəziyyət, o cümlədən
Naftali Bennetin bir sıra dövlətlərin rəhbərləri ilə son təmasları
nəzərə alınmaqla hərtərəfli fikir mübadiləsi davam etdirilib.