Putin və Bennet Moskva ilə Kiyev arasında keçirilən danışıqların üçüncü raundunu müzakirə ediblər

Bu gün İsrail tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir
Putin və İsrailin baş naziri Naftali Bennet arasında telefon
danışığı olub.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən
bildirilib.

Məlumata əsasən, V.Putin martın 7-də Belarusda Rusiya nümayəndə
heyəti ilə Ukrayna hakimiyyətinin nümayəndələri arasında keçirilən
danışıqların üçüncü raundu ilə bağlı fikirlərini bölüşüb.


Rusiya Prezidenti və İsrailin baş naziri bu məsələ ilə bağlı
dialoqu davam etdirmək barədə razılığa gəliblər.