Putin Ukraynanı bu yolla tələyə salmaq istəyir – Oqrızko

Putin Ukraynanı bu yolla tələyə salmaq istəyir – Oqrızko

Ukraynanı danışıqlar prosesinə cəlb etmək Putin və Rusiyaya hərbi güclərini bərpa etmək baxımından faydalıdır.

AzerTimes xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko deyib.

“Ruslar anladılar ki, birbaşa cəbhədən zərbə nəticə vermir. Başqa yollar axtarmaq lazımdır. Yenidən qruplaşmaq, təşkil olunmaq vaxt tələb edir. Vaxt qazanmaq üçün isə ən yaxşı məqam danışıqlar prosesidir. Putin bunu danışıqlar prosesi adlandırır. Bunun necə bitəcəyini bilirik. Yeni heç nə yoxdur, bu, Ukraynanı danışıqlar tələsinə sürükləyən taktikadır. Çox ümid edirəm ki, hökumətimiz bu tələyə düşməz”, – Oqrızko bildirib.

Teqlər: