Putin Ukraynadakı hədəfinə çatıb? – Sorğu

Putin Ukraynadakı hədəfinə çatıb? – Sorğu

Rusiya vətəndaşları ölkənin Ukraynaya qarşı müharibəsini dəstəklədiklərini və uğurlu əməliyyat aparıldığını açıqlasalar da, əksəriyyət Putinin iki ildə çatdığı hədəflərdən birini də sadalaya bilməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Russian Field”in sorğusunun nəticələrində bildirilir.

Sorğuda respondentlərə “Hazırda hərbi əməliyyatda hansı hədəflərə nail olunub?” sualı ünvanlanıb.

58,9 faiz iştirakçı heç bir hədəfin adını açıqlaya bilməyib, 35,8 faiz suala cavab verməkdə çətinlik çəkib, vətəndaşların 23,1 faizi isə heç bir hədəfə nail olunmadığını bildirib.

Respondentlərin 2,3 faizi Putinin dünyada Rusiyanın gücünü nümayiş etdirməyə nail olduğuna, 2,2 faizi Donbas sakinlərini qoruduğuna, 1 faizdən azı xalqı birləşdirdiyinə və onun bütövlüyünü qoruduğuna inanır.

Ümumilikdə respondentlərin 17%-i əldə olunan məqsədlər sırasında ərazilərin ilhaqını qeyd edib. Eyni zamanda, 10,3%-i Donbasın “azad edilməsi”ni, 6,7%-i onun birləşdirilməsini hədəflər arasında göstərib.

Eyni sorğuya görə, rusların 68%-i ölkənin düzgün istiqamətdə getdiyinə inanır, 56%-i isə ordunun hərəkətlərini “uğurlu” kimi qiymətləndirir. Eyni zamanda, 71%-i müharibənin uzandığını qeyd edir.

Teqlər: