Putin üçün hazırlanan bunkerlər harada yerləşir?

Putin üçün hazırlanan bunkerlər harada yerləşir?

Rusiya Prezidenti Vladimir Putinin çoxlu bunkeri var. Ancaq bunların hamısı uzun müddət yaşamaq üçün uyğun deyil.

AzerTimes xəbər verir ki, bunu SSRİ DTK-nın və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov deyib.

Jirnov Stalinin dövründə Kremlin altında bunker olduğunu təsdiqləyib:

“Stalinin zamanında metro xətti çəkilmişdi ki, o, istənilən vaxt sakitcə Kremli tərk edə bilərdi. İkinci bunker “Ramenki-43” adlanır və Moskvada yerləşir.

Bundan əlavə, bütün xüsusi xidmət orqanlarının bunkerləri var. Eləcə də DTK-nın və Baş Qərargahın da bir neçə bunkeri mövcuddur. Novo-Oqaryovoda da Putin üçün bunker qazılıb. Onun, əlbəttə ki, yaşayış yeri olan yerdə bunkerləri var. Sual onların nə qədər dərin olması və uzun müddət yaşamaq üçün təchiz olunmasıdır. Belə bunkerlər o qədər də çox deyil”.

Teqlər: