Putin Türkiyənin Zelenski ilə görüş təklifinə cavab verib – Kalın

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Ukrayna Prezidenti
Volodimir Zelenski ilə görüş barədə təklifinə cavab verib.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbər görə, bunu
ürkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, V.Putin ilk növbədə xüsusi nümayəndələr
arasında danışıqların bitməsinin lazım olduğunu bildirib.

İ.Kalın qeyd edib ki, hər iki tərəf Türkiyəni etibarlı ölkə kimi
görür. “Həm Rusiya, həm də Ukrayna tərəfləri ilə işimizi davam
etdiririk”, – deyə İ.Kalın əlavə edib.