Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla bu gün Soçidə ayrıca görüş keçirəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, Putin həmçinin, MDB və Aİİ-nin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək. Bundan əlavə, dövlət başçısı Belarus lideri Aleksandr Lukaşenko ilə söhbət etməyi də planlaşdırır.