Putin sabah bu türk ölkəsinə gedir: nüvə sazişi imzalanacaq

Putin sabah bu türk ölkəsinə gedir: nüvə sazişi imzalanacaq

Rusiya və Özbəkistan respublikada kiçik nüvə reaktorları olan stansiyanın tikintisi üzərində işləyirlər və Prezident Putinin səfər materiallarında göstərildiyi kimi, Rusiya layihəli atom elektrik stansiyalarının tikintisi üzrə əsas müqavilənin parametrləri razılaşdırılır.

AzerTimes xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Əsas birgə layihə – respublikada Rusiya layihəli atom elektrik stansiyasının tikintisidir. Hazırda AES-lə bağlı əsas müqavilənin parametrləri, eləcə də ölkədə kiçik nüvə reaktorları olan stansiyanın tikintisi məsələləri razılaşdırılır”, – sənəddə deyilir.

Qeyd edək ki, Putin Özbəkistanda 26-27 may tarixlərində səfərdə olacaq.

Teqlər: