Putin qondarma “DXR” və “LXR” tanınmaq niyyətində olduğunu açıqladı

Rusiya prezidenti Vladimir Putin Almaniya və Fransa liderləri
Olaf Şolts və Emmanuel Makrona məlumat verib ki, o, yaxın gələcəkdə
qondarma “LXR/DXR” tanınması ilə bağlı müvafiq fərman imzalamaq
niyyətindədir.

Trend bu barədə Kremlin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Fransa
Respublikasının Prezidenti Emmanuel Makron və Almaniya Federativ
Respublikasının Federal Kansleri Olaf Şolz ilə telefon danışığı
aparıb. Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının
Donbass ətrafında mövcud vəziyyəti Dövlət Dumasının qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”-nı tanınması ilə bağlı
qətnaməsi kontekstində nəzərdən keçirən geniş tərkibli iclasının
nəticələri barədə məlumat verib.

Bütün bunları nəzərə alaraq, Rusiya prezidenti yaxın vaxtlarda
müvafiq fərman imzalamaq niyyətində olduğunu bildirib.

Fransa prezidenti və Almaniyanın federal kansleri hadisələrin
belə inkişafından məyus olduqlarını bildiriblər. Eyni zamanda,
onlar əlaqələri davam etdirməyə hazır olduqlarını qeyd ediblər.

Teqlər: