Azərbaycanlı deputatlar Paşinyanla görüşüblər

Avronest Parlament Assambleyasında təmsil olunan Azərbaycan,
Gürcüstan, Ukrayna nümayəndələri, eləcə də Avropa İttifaqından olan
həmsədr bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla
görüşüb.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə
Aİ-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri müzakirə
olunub.

Qeyd edək ki, Milli Məclisin deputatları Tahir Mirkişili və
Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclasında
iştirak etmək üçün İrəvandadırlar.

Teqlər: