Türkiyə Rusiya Prezidenti Vladimir Putinin Qərblə yeni müqavilə bağlamaq istəyini başa düşür.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Kreml hesab edir ki, sabiq prezidentlər Mixail Qorbaçov və Boris Yeltsin dövründə imzalanmış sazişlər mövcud vəziyyəti əks etdirmir və ona görə də Rusiya yeni müqavilə bağlamaq istəyir.
Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların bərpası ehtimalının olduğuna inanır. Əsas məsələ bunun nə vaxt baş tutacağı və ondan əvvəl nə qədər zərərin olacağıdır”, – Kalın qeyd edib.