Putin Priqojinin adını niyə çəkmədi? – Markov

Putin Priqojinin adını niyə çəkmədi? – Markov

Putin Rusiyada baş verən silahlı qiyamla bağlı xalqa təcili müraciət etdi. Onun əsas toxunduğu məqamlara gələk: Priqojinin çıxışı xəyanətdir. Putin Priqojinin adını çəkmədi, bu onun üslubudur.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Putin qeyd etdi ki, Rusiya Qərblə ən ağır mübarizə aparır və bu zaman hər hansı parçalanma xəyanətdir. Ölkə lideri Priqojinin öz ambisiyaları naminə istifadə etdiyi qəhrəman “Vaqner” döyüşçülərinə müraciət etdi. Rostovun Priqojinin nəzarətində olduğunu etiraf etdi və xüsusilə vurğuladı ki, lazım gələrsə, ordu üsyanı yatıracaq”, – o bildirib.

Teqlər: