Putin prezidentliyə namizədliyini verəcəkmi?

Putin prezidentliyə namizədliyini verəcəkmi?

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyi ilə bağlı hələlik heç bir açıqlama verməyib.

AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.

O qeyd edib ki, hələ seçki əhval-ruhiyyəsi yoxdur:

“İlin sonuna doğru biz bu və ya digər şəkildə seçki mövsümünə qədəm qoyacağıq. Hələlik seçki əhval-ruhiyyəsi yoxdur – Putinin görəcəyi çox şey var. O, şübhəsiz ki, indi buna uyğun deyil”.

Teqlər: