Putin Piterə gedir: mobil internet söndürüləcək

Putin Piterə gedir: mobil internet söndürüləcək

Peterburq Beynəlxalq İqtisadi Forumuna Rusiya Prezidenti Vladimir Putinin gəlişi zamanı təhlükəsizlik səbəbindən mobil internet söndürüləcək.

AzerTimes xəbər verir ki, bu barədə azərbaycanlı jurnalist Fəridə Rüstəmova məlumat yayıb.

“Cümə günü Putin Sankt-Peterburq forumunda çıxış edəcək. Ancaq Putinin iştirak edəcəyi tədbirin plenar iclası zamanı forumun PUA hücumuna məruz qalmaması üçün mobil internet söndürüləcək”, – Rüstəmova bildirib.

Məlumata görə, mobil internetin fəaliyyəti yalnız forumun keçirildiyi məkanda dayandırılacaq.

Rusiya prezidentinin müşaviri, forumun təşkilat komitəsinin cavabdeh katibi Anton Kobyakov bildirib ki, iştirakçılar və qonaqlar SPİEF2023 vay-fayından istifadə edə bilərlər.

Teqlər: