Putin Paşinyanla danışdı, indi iş gedir

Putin Paşinyanla danışdı, indi iş gedir

Rusiya Prezidenti Vladimir Putin Ermənistan sərhədində vəziyyətin sabitləşməsi üçün səylər göstərir.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ermənistan və Rusiya liderlərinin telefon danışığı kontekstində ciddi ekspertiza işləri aparılır:

“Ötən gecə Ermənistan Baş naziri Paşinyanla (Putinin) telefon danışığı olub. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib. Baş verən söhbətə uyğun olaraq hazırda ekspertlər səviyyəsində intensiv iş gedir. Hələlik bununla bağlı çox danışmayacağam. Bu işin nəticələrini əldə etdikcə sizə məlumat verəcəyik”.

Teqlər: