Putin Paşinyanı təbrik etdi

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana qarşıdan gələn Yeni il münasibətilə təbrik məktubu göndərib.

AzerTimes xəbər verir ki, məktubda Putin bu ilin Rusiya və Ermənistan üçün yubiley ilinə çevrildiyini qeyd edib:

“Biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 25 illiyini qeyd etdik. Rəsmi səfəriniz zamanı ikitərəfli alyansın strateji istiqamətini konsolidasiya etmək, müxtəlif sahələrdə, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, KTMT və MDB formatlarında tərəfdaşlığın gələcək inkişafı üçün addımları müəyyən etmək imkanı oldu. Mən ikitərəfli və regional gündəlikdəki aktual məsələlər üzrə dialoqumuzu və konstruktiv birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Teqlər: