Putin Paşinyana zəng etdi

Putin Paşinyana zəng etdi

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.

Rəsmilər ikitərəfli əlaqələr, həmçinin regional problemlər, Qarabağ ətrafındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasını da müzakirə edib.

Həmçinin, Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası və sərhəddə təhlükəsizliyin təmin edilməsi üzrə komissiyanın fəaliyyəti, regional kommunikasiyaların bərpası prosesi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: