Prezident Vladimir Putin Rusiya ordusunu çox şişirtdi və Ukrayna Silahlı Qüvvələrini tammiqyaslı işğaldan əvvəl qiymətləndirmədi.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı ekspert Viktor Kevlyuk deyib.
“Kremlin Ukraynada beşinci kolonun formalaşması üçün ayırdığı bütün pullar təyinatı üzrə yönəlməyib. Ona görə də Rusiyanın hərbi-siyasi rəhbərliyində Ukraynadakı ümumi əhval-ruhiyyənin fərqli mənzərəsi formalaşıb. Buradan da müharibə yox, “xüsusi hərbi əməliyyat” ortaya çıxdı. Putin Ukrayna vətəndaşlarının Rusiyanı dəstəkləyəcəyinə və rus ordusunu “gül-çiçəklə” qarşılayacağına inanırdı. Bir sözlə, Putin özü öz “tələsinə” düşdü. O, hətta ümumi səfərbərlik elan edə bilmir, çünki əslində bunun üçün heç bir hüquqi əsas yoxdur”, – Kevlyuk deyib.