Putin onlara Qızıl Ulduz medalı verdi

Putin onlara Qızıl Ulduz medalı verdi

Vladimir Putin “Rusiya Qəhrəmanı” adını almış bir qrup hərbçiyə Qızıl Ulduz medalı verib.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Şərq Hərbi Dairəsinin qərargah rəisinin müavini, milli qvardiya polkovniki Sergey Belozerov, Cənub Hərb Dairəsinin xüsusi təyinatlı bölmələrinin böluk komandiri, mayor Aleksandr Volkov, Rusiya Müdafiə Nazirliyinin uçuş-təlim mərkəzinin baş təlimatçı-pilotu, polkovnik Sergey Demyanenko, Hava Desant Qoşunlarının əlahiddə tank batalyonunun komandir müavini, mayor Boris Dudko, Baltik Donanmasının əlahiddə qvardiya motoatıcı polkunun komandiri, polkovnik-leytenantı Aleksandr Zavadski və digər hərbçilər mükafatlandırılıblar.

“Biz Rusiyanın qələbələrlə dolu böyük tarixini yaradan əcdadlarımızın qarşısında baş əyirik və hazırda döyüşən, xüsusi hərbi əməliyyatda iştirak edən, döyüş tapşırıqlarını şərəflə yerinə yetirən, xalqımızı qoruyan əsgərlər, zabitlər, könüllülər, milislərlə fəxr edirik”, – Putin mərasim zamanı çıxışında deyib.

Teqlər: