Putin ölsə, müharibə bitəcəkmi? – Kovalenko

Putin ölsə, müharibə bitəcəkmi? – Kovalenko

Putin ölərsə, Ukraynada genişmiqyaslı müharibə müxtəlif ssenarilər üzrə davam edə bilər. Vəziyyət qanlı diktatorun yerini kimin tutacağından asılı olacaq.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Kovalenko hesab edir ki, Putinin əvəzinə Rusiyanın güc strukturlarının nümayəndələrindən biri prezident ola bilər:

“Rusiya Müdafiə Nazirliyi, FSB və işğalçı ölkənin quru qoşunlarından birinin diktatoru əvəzləyəcəyinə tam şansı var. Bununla belə, hər bir qurumun qondarma “xüsusi əməliyyat”dan öz məqsədləri və gözləntiləri mövcuddur. Məsələn, Sergey Şoyqunun tanınmamış Dnestryanıya birbaşa marşrut əldə etmək arzusu da var. Bununla belə, məmurlar arasında Rusiyanın büdcəsini mənimsəmək istəyənlər də az deyil”.

Kovalenko hesab edir ki, Putin öləcəyi təqdirdə onun yerinə kim gəlsə, yenə də rusların genetik kodu olan “imperiya revanşizmi” nümayiş etdirəcək. Rusiyanın prezidenti olan istənilən şəxs Ukrayna əraziləri ilə bağlı “bazarlıq” edəcək.

“Ukrayna Putinin öləcəyi təqdirdə genişmiqyaslı müharibənin tez bitəcəyini gözləməməlidir. Ukrayna ərazisinə soxulmaq istəyən hərbi cinayətkar yenə hakimiyyətdə olacaq”, – ekspert vurğulayıb.

Teqlər: