Putin ölsə də, heç nə dəyişməyəcək – Budanov

Putin ölsə də, heç nə dəyişməyəcək – Budanov

Vladimir Putinin yox olması Rusiya vətəndaşlarının dünyaya münasibətində sürətli dəyişikliklərə səbəb olmayacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Heç nə tez dəyişməyəcək. Rusiyada kəskin dəyişikliklərlə onların dünyaya münasibəti, dünyagörüşü kəskin şəkildə dəyişə bilməz. Onlar əslində öz təbliğatlarının qurbanı olublar”, – o bildirib.

Budanovun sözlərinə görə, Rusiya cəmiyyəti indi Ukraynaya və “kollektiv Qərbə” nifrət etməyə köklənib:

“Hətta birisi indi peyda olub, “Bilirsən, biz dayanırıq!” desə də, hər şey dayansa belə, bu nifrət uzun illər bütün qərarların qəbuluna ciddi təsir göstərəcək”.

Teqlər: