Putin nüvə eşelonunu Ukrayna sərhədinə göndərdi – Şok

Putin nüvə eşelonunu Ukrayna sərhədinə göndərdi – Şok

Rusiya Ukrayna sərhədində nüvə silahının nümayişkaranə partlayışını təşkil etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin mərkəzi rayonlardan Ukrayna sərhədinə xüsusi hərbi texnika qatarı göndərib. Hərbi ekspertlərin fikrincə, bu texnika Rusiyanın nüvə arsenalına nəzarət və istismarına cavabdeh olan Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə məxsusdur”, – nəşr bildirib.

Məlumata görə, Moskva çox güman ki, nüvə silahını Qara dənizdə sınaqdan keçirəcək.

“Belə bir silahın sınağının döyüş meydanında keçirilməsi böyük riskdir. Çünki adicə səhv nəticəsində Rusiyanın sərhədyanı şəhərləri də ziyan çəkə bilər”, – mənbə bildirib.

Eşelonun hərəkəti ilə bağlı oktyabrın 2-də Rusiya Teleqram kanalları məlumat yaymışdı.

Teqlər: