Putin Si Tszinpinlə görüşdü

Putin Si Tszinpinlə görüşdü

Rusiya prezidenti Vladimir Putin Moskvada Çin Xalq Respublikasının sədri Si Tszinpinlə görüşüb.

Putin Si Tszinpini Rusiya və Çin xalqları arasıda dostluğun möhkəmləndirilməsində xidmətlərinə görə “Müqəddəs apostol Andrey Pervozvannıy” ordeni ilə təltif edib.

Si Tszinpin Çinin Rusiya ilə qarşılıqlı dəstəyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu söyləyib. O, Çin Xalq Respublikasının sədri seçiləndən sonra Rusiya lideri ilə 22 dəfə görüşdüyünü xatırladıb: “Rusiya mənim ən çox səfər etdiyim xarici ölkədir. Əminəm ki, bu səfərim də tam uğurla bitəcək”.

Rusiya və Çin liderləri arasında keçirilən danışıqlarda iki ölkənin strateji əməkdaşlığı və beynəlxalq siyasi gündəm müzakirə olunub. Danışıqların yekunu olaraq iki bəyanatın qəbul olunacağı və 40 sənədin imzalanacağı planlaşdırılır.