Putin Moskvada Lukaşenko ilə görüşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti
Aleksandr Lukaşenko arasında görüş keçirilib.

Trend-in
məlumatına görə, bu, iki lider arasında bu il keçirilən ilk görüş
olub. Prezidentlər sonuncu dəfə ötən ilin dekabrında
Sankt-Peterburqda görüşmüşdü.

Qeyd olunur ki, V.Putinlə A.Lukeşanko görüş zamanı ikitərəfli və
regional məsələləri müzakirə ediblər.

Kremlin məlumatına əsasən, bugünkü görüş koronavirusla bağlı
məsafə məhdudiyyətləri olmadan keçirilib. Xatırladaq ki, bir müddət
əvvəl Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel
Makron və Almaniya kansleri Olaf Şoltsla sosial məsafə şərtlərinə
əməl olunmaqla görüşmüşdü.