Putin məni heyran etdi – Qrossi

Putin məni heyran etdi – Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Rusiya Prezidenti Vladimir Putinin Zaporojye AES mövzusundakı məlumatlılığına heyran qaldığını bildirib.

AzerTimes xəbər verir ki, o, bu barədə Argentinanın “Telefe” telekanalına müsahibəsində deyib.

“Onun atom elektrik stansiyası, texniki xüsusiyyətləri və təhlükəsizliyin təmin edilməsi üçün nə təklif etdiyimi başa düşməsi məni heyran etdi”, – Qrossi söyləyib.

MAQATE rəhbəri həmçinin Zaporojye AES-də mövcud vəziyyəti müzakirə etmək üçün Putinlə birbaşa təmasların davam etdirilməsinin vacibliyini də bəyan edib.

O hesab edib ki, Zaporojye AES-in təhlükəsizliyi ilə bağlı məsələni mümkün qədər tez həll etmək lazımdır, ona görə də onu Putinlə təmaslara görə tənqid edənlər çox yanılırlar.

Teqlər: