Putin məni heç vaxt təhdid etməyib – Kansler

Putin məni heç vaxt təhdid etməyib – Kansler

Rusiya Prezidenti Vladimir Putin heç vaxt məni və Almaniyanı təhdid etməyib.

AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

“Xeyr, Putin məni, yaxud Almaniyanı təhdid etməyib. Telefon danışığımızda Ukraynadakı müharibə ilə bağlı çox fərqli baxışlarımız olduqca aydın görünür”, – deyə kansler bildiirb.

Qeyd edək ki, Britaniyanın keçmiş baş naziri Boris Conson sənədli filmdə müsahibəsində Putinin onu telefon danışığı zamanı raket zərbələri ilə təhdid etdiyini açıqlamışdı.

Teqlər: