Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib.
“Ukraynadakı vəziyyət, xüsusən Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ətraflı və səmimi fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, Makron ötən gün Ukrayna lideri Zelenski ilə telefonda danışmışdı.