Gürcüstanda müəmmalı qətl: 10 güllə vuruldu

Gürcüstanda müəmmalı qətl: 10 güllə vuruldu

Gürcüstanın Quriya regionunun Ozurgeti şəhərində müəmmalı qətl hadisəsi baş verib.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, avtomobilində olan kişi naməlum şəxs tərəfindən güllələnib. İlkin məlumata görə, ona 10 dəfə atəş açılıb.

Cinayətin motivi bəlli deyil. Bildirilib ki, öldürülən şəxs bir il əvvəl həbsdən çıxıb və Anasuelu kəndində yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: