Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronu Kremldə gözləyir.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, son iki həftə ərzində üç dəfə telefonla danışan liderlər E.Makronun Moskvaya səfəri ilə bağlı razılığa gəliblər.
Kreml nümayəndəsinin proqnozuna görə, Rusiya-Fransa sammitinin gündəliyində çoxlu mövzular olacaq.